Damla İctimai Birliyi
“Damla”İB xeyriyyə qurumu olaraq – aztəminatlı ailələrə, valideyn himayəsindən qismən və ya tamamən məhrum uşaqlara, fiziki əngəlli insanlara və tənha yaşayan ehtiyaclı durumda ahıllara, imkansız tələbə gənclərə və təbii fəlakətlər nəticəsində yardıma möhtac əhaliyə, əməliyyat və müalicə üçün maddi dəstəyə ehtiyaclı soydaşlarımıza ünvanlı yardımların göstərilməsi məqsədilə yaradılmışdır. 2008-ci ildə könüllü yardımsevərlərin təklif və işgüzarlığı ilə kiçik yardım aksiyaları olaraq başlayan fəaliyyət 2010-cu ildə QHT olaraq Azərbaycan Dövlət Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatına alınmıştır.
Fəaliyyətimiz
Yardıma ehtiyaclı ailə və şəxslərin sosial problemlərinin araşdırılması və xeyirsevər dəstəyi ilə yardımların göstərilməsi
- - Ərzaq yardımı
- - Sosial yardım (geyim və məişət avadanlığı, odun ehtiyacı və s)
- - Tibbi yardım
- - Təhsil yardımı
- - Mənəvi-psixoloji dəstək
- - Təmir-tikinti işlərində yardım
Missiyamız
Xalqımızın tarixən sahib olduğu zəngin xeyriyyəçilik ənənələrinə sadiq olaraq:
- Xeyriyyəçilik mədəniyyətinin inkişafı və ictimaiyyətdə geniş tətbiqinə çalışmaq
- Ədalətli olaraq və heç bir sosial , dini və irqi fərq qoymadan aztəminatlılara yardım göstərmək
Prinsiplərimiz
- İşimizdə hər zaman şəffaf olmaq
- Vicdanla və son dərəcə keyfiyyətli çalışmaq
- Xeyirsevərlər və ehtiyaclılar arasında vasitəçi olmaq
- Mükəmməl və peşəkar fəaliyyətlə cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlıq etmək
Bakı şəh., Binəqədi rayonu, Faiq Rüstəmov küç 34a
Ofis Telefonu
Sponsorlarla İş Bölməsi
Valideynini İtirmiş Uşaqlarla İş Bölməsi
Aztəminatlı Ailələrlə İş Bölməsi