Məxfilik siyasəti

Ovqat mobil tətbiqi · qüvvəyə minmə tarixi: 1 oktyabr 2026

Qısaca

Ovqat hesab, ad, telefon nömrəsi və ya e-poçt tələb etmir. Saxladıqların, yükləmələr, oxuma yeri, qəza sayğacı və seçimlər yalnız sənin cihazında saxlanılır. Reklam identifikatoru toplamırıq, analitika aparmırıq və məlumat satmırıq.

Məkan

Namaz vaxtlarını və qibləni hesablamaq üçün məkan lazımdır. İki yol var:

Bildirişlər

Azan və xatırlatmalar cihazın özündə planlaşdırılır. Ümumi bildirişlər (məsələn, elanlar) üçün Firebase Cloud Messaging tətbiqin bu quraşdırılmasına təsadüfi bir token verir. Bu token tətbiqin dili və seçdiyin ölkə (şəhər və ya koordinat deyil) ilə birlikdə Ovqat serverinə göndərilir ki, bildirişlər uyğun dildə və ölkəyə görə çatdırılsın. Token şəxsiyyətinlə əlaqələndirilmir.

Xəta hesabatları

Tətbiq çökdükdə Firebase Crashlytics texniki xəta hesabatı göndərir: xətanın izi, cihaz modeli, əməliyyat sistemi və tətbiqin versiyası, təsadüfi quraşdırma identifikatoru. Bu, xətaları düzəltmək üçündür.

Məzmunun yüklənməsi

Kitab, media, Quran paketləri və digər məzmun Ovqat serverindən və onun fayl saxlancından yüklənir. Quran qiraəti EveryAyah.com-dan, canlı yayımlar isə yayımçıların öz serverlərindən oxudulur. Hər internet sorğusunda olduğu kimi, bu serverlər IP ünvanını və texniki sorğu məlumatlarını görür.

İcazələr

Məlumatların silinməsi

Tətbiqi silmək və ya parametrlərdən “məlumatları təmizləmək” cihazdakı bütün məlumatları silir. Serverdəki bildiriş tokeni istifadə olunmadıqda etibarsız olur. Sualların üçün: info@ovqat.app.

Dəyişikliklər

Tətbiqin işləmə qaydası dəyişərsə, bu səhifə yenilənəcək və tarix dəyişəcək.

Privacy policy

Ovqat mobile app · effective 1 October 2026

In short

Ovqat needs no account, name, phone number or e-mail. What you save, your downloads, reading position, qada counter and settings stay on your device. We do not collect advertising identifiers, run analytics, or sell data.

Location

Prayer times and the qibla need a location. There are two ways:

Notifications

The adhan and reminders are scheduled on the device itself. For general notifications (such as announcements), Firebase Cloud Messaging gives this installation a random token. The token is sent to the Ovqat server together with the app language and your chosen country (not your city or coordinates), so notifications arrive in the right language and for the right country. It is not linked to your identity.

Crash reports

If the app crashes, Firebase Crashlytics sends a technical report: the error trace, device model, operating-system and app version, and a random installation identifier. It is used to fix errors.

Content downloads

Books, media, Quran packs and other content are downloaded from the Ovqat server and its file storage. Quran recitation streams from EveryAyah.com, and live streams from the broadcasters' own servers. As with any internet request, these servers see your IP address and technical request data.

Permissions

Deleting your data

Uninstalling the app or clearing its data in system settings removes everything on the device. The notification token on the server becomes invalid once it is no longer used. Questions: info@ovqat.app.

Changes

If the way the app works changes, this page will be updated and its date changed.