AhkamXüms
Question
Mən işləyirəm və qazancım var. İndiyə qədər xüms verməmişəm. Zəhmət olmasa izah edin ki, keçmiş illərin və bu ilin xümsünü necə hesablayım. Keçmiş illərdə nə qədər xüms verməli olduğumu bilmirəm.
Answer
Birinci iş gününüz xüms ilinizin başlanğıcıdır (il başı). Hər il həmin gün artıq qalan nə varsa xümsünü ödəmək lazımdır. Buna il ərzində istifadə etmədiyiniz nağd pul, yaxud qida məhsulları məsələn, işlənməyən azuqə, həmçinin avadanlıq, libas və s. daxildir.
Xüms vermədiyiniz keçmiş illərlə bağlı da həmin hesablamanı aparmalısınız. Çünki il başında artıq qalan malın xümsünü vermədən istifadə edirdinizsə, onun xümsü sizin boynunuzda qalmaqdadır. Əgər boynunuzda qalan xümsün miqdarında şəkkiniz varsa, məlum olan miqdarda – hərçənd tədrici şəkildə olsa da - ödəmək lazımdır. Dəqiq məlum olmayan hissə ilə bağlı da ehtiyat vacib – müctəhidin vəkili ilə müsalihə etmək lazımdır (razılaşmaq lazımdır). Bu şəkildə ki, əgər müəyyən məbləğdə xüms verməli olduğunuzu 50 % ehtimal edirsinizsə, o məbləğin xümsünün yarısını ödəyəsiniz. Amma ev, avadanlıq, maşın və sair yaşayış ləvazimatını ilin gəliri ilə alıb istifadə etmişsinizsə, ona xüms düşmür.